İqtisadiyyat Nazirliyiin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ABŞ-nin Stənford Beynəlxalq Tədqiqat İnstitutunun (SRI International — Stanford Research Institute) İnnovasiya Strategiyası və Siyasəti Mərkəzinin direktoru Kristiana MakFarland və institutun Strateji inkişaf üzrə baş direktoru Lourens Li ilə videokonfrans formatında görüşüb. Görüş zamanı 4SİM-in fəaliyyət istiqamətləri barədə məlumat verilib, texnologiyaların iqtisadiyyatın şaxələndirilməsində rolu, sənaye 4.0 dövründə rəqəmsal iqtisadiyyatda tələb olunan bacarıqların inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Rəqəmsal iqtisadiyyat, tədqiqat və inkişaf sahələrində mümkün birgə təşəbbüslər nəzərdən keçirilib. SRI International ABŞ-nin Kaliforniya ştatında yerləşən, elmi-tədqiqat və texnoloji innovasiyalar sahəsində fəaliyyət göstərən müstəqil, qeyri-kommersiya institutudur. Qurum süni intellekt, robototexnika, biotexnologiya, müdafiə, təhsil və sağlamlıq kimi sahələrdə qabaqcıl tədqiqatlar aparır və yeni texnologiyaların kommersiyalaşdırılması ilə məşğuldur. Qeyd edək ki, tərəflər arasında ilk görüş cari ilin iyun ayında San-Fransiskoda keçirilən Qlobal Texnologiya Forumu (GTR 2025) çərçivəsində baş tutub. Dünya İqtisadi Forumu tərəfindən “GTR 2025” iştirakçıları üçün SRİ-yə təşkil olunan səfərdə 4SİM-in nümayəndə heyəti də iştirak edib. The post 4SİM və Stanford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Китай остаётся экспортёром дефляции...
- АВТОВАЗ обновляет технологии производства коммерческих и мелкосерийных автомобилей...
- Театр МОСТ представил концерт под открытым небом с участием молодых талантов...
- Учителя и власти из Московской области — за внедрение ИИ в школы. Почему?...
- Биография Эрих Мария Ремарк...
- Юристы рассказали, что делать со спамом в телефоне и в почте...
09:28, 18 Окт “AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib 14-16 oktyabr tarixlərində AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” (“Qarabağı yenidənqurma”) – Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi keçirilib. Sərgidə rəqəmsal həllər ...