“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

14-16 oktyabr tarixlərində AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” (“Qarabağı yenidənqurma”) – Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi keçirilib. Sərgidə rəqəmsal həllər üzrə tərəfdaş qismində çıxış edən “AzInTelecom” Qarabağdakı infrastrukturun bərpası ilə yanaşı, rəqəmsal inkişafın önəminə də diqqət çəkib. Şirkətin təqdim etdiyi “bulud” xidmətləri və SİMA Rəqəmsal Həllər platforması vasitəsilə azad edilmiş ərazilərdə texnoloji ekosistemin qurulmasına, vətəndaş və bizneslər üçün rəqəmsal rahatlığın təmininə yönəlmiş təşəbbüslərini nümayiş etdirib. AZCON Holding-in baş kommunikasiya inzibatçısı Əli Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə «Böyük Qayıdışa dair I Dövlət Proqramı» çərçivəsində AZCON Holding və idarəetməsinə verilmiş dövlət müəssisələrinin gördüyü işlər barədə öz çıxışında qısa məlumat verib. “AzInTelecom”un əməkdaşı Aysel Əfəndizadə sərgi zamanı təqdimatla çıxış edərək bildirib ki, Qarabağın bərpası həm də rəqəmsal müstəvidə davam edir. O, şirkətin təqdim etdiyi “bulud” texnologiyaları, həmçinin SİMA məhsullarının Qarabağa köç edən insanlara, eləcə də orada fəaliyyət göstərən qurumlara çevik və məsafədən xidmət imkanları təqdim etdiyini bildirib. Qeyd edək ki, Qarabağın bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin təqdimatı üçün mühüm platforma olan “Rebuild Karabakh” sərgisində müxtəlif yerli və beynəlxalq şirkətlər iştirak edib. “AzInTelecom” MMC sərgidə texnoloji tərəfdaş olmaqla yanaşı, həm də sosial məsuliyyətini nümayiş etdirib. “AzInTelecom” haqqında AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim edir. The post “AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib appeared first on InfoCity....

“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

4SİM və Stanford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib 18:28, 23 Авг 4SİM və Stanford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib İqtisadiyyat Nazirliyiin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ABŞ-nin Stənford Beynəlxalq Tədqiqat İnstitutunun (SRI International — Stanford Research Institute) İnnov...

Yeni Garmin Fenix 8 Pro: idman və peyk dəstəyi bir yerdə 14:28, 06 Сен Yeni Garmin Fenix 8 Pro: idman və peyk dəstəyi bir yerdə Garmin yeni flaqman ağıllı saatlarını — Fenix 8 Pro modellərini təqdim edib. Yeniliklər LTE və peyk rabitəsini dəstəkləyir, möhkəm korpusa sahibdir və xüsusi micro-LED ekranlı versiyada da təklif olunur. LTE və peyk dəstəyi sayəsində istifadəçilər z...

НДУ ВШЭ створыць сістэму ацэнкі традыцыйных каштоўнасцяў у студэнтаў 20:20, 20 Авг НДУ ВШЭ створыць сістэму ацэнкі традыцыйных каштоўнасцяў у студэнтаў Навукова-даследчы інстытут у канцы ліпеня выйграў тэндэр ў 10 млн рублёў на распрацоўку сістэмы ацэнкі прыняцця традыцыйных каштоўнасцяў студэнтамі. Ад распрацоўкі чакаюць, што яна дапаможа ўмацаваць духоўна-маральны падмурак грамадства і дапамагчы ...

Vivo TWS 5: səsboğucu, Hi-Fi dəstəyi və 12 saatlıq şarj davamlılığı olan yeni qulaqlıqlar təqdim olundu 23:28, 14 Окт Vivo TWS 5: səsboğucu, Hi-Fi dəstəyi və 12 saatlıq şarj davamlılığı olan yeni qulaqlıqlar təqdim olundu Vivo şirkəti məhsul çeşidini iki versiyada təqdim edilən TWS 5 simsiz qulaqlıqları ilə genişləndirdi — standart və Hi-Fi modelləri. Hər iki versiya aktiv səsboğma (ANC) texnologiyası, uzunmüddətli batareya ömrü və toz-suya qarşı qorunma ilə fərqləni...

Аляксандр Мілонаў загінуў падчас службы ў зоне спецаперацыі службы в зоне спецоперации 20:19, 20 Авг Аляксандр Мілонаў загінуў падчас службы ў зоне спецаперацыі службы в зоне спецоперации У сям'і дэпутата Дзярждумы Віталя Мілонава адбылася трагедыя — яго родны брат Аляксандр загінуў падчас службы ў зоне адмысловай ваеннай аперацыі. Ён адправіўся добраахвотнікам у Луганскую Народную Рэспубліку, адкуль жывым ужо не вярнуўся. Падрабязна...