Bakıda İlk “Women in Cyber” Konfransı keçirildi: Qadınların Gücləndirilməsi və Kibertəhlükəsiz Gələcəyin Qurulması

11 oktyabr 2025-ci il tarixində Bakı ilk dəfə keçirilən “Women in Cyber” (Kibertəhlükəsizlikdə Qadınlar) adlı beynəlxalq konfransa ev sahibliyi edərək region üzrə dialoq və qadınların gücləndirilməsi üçün platformaya çevrildi. Tədbirdə 200-ə yaxın iştirakçı — regionun müxtəlif ölkələrindən kibertəhlükəsizlik üzrə mütəxəssislər, siyasətçilər, alimlər və texnologiya sahəsində gənc istedadlar bir araya gəldi. Bu göstərici, regionda texnologiya və kibertəhlükəsizlik sahəsində artan potensialı əks etdirir. Konfransa maraq gözləniləndən daha böyük olmuşdur – qeydiyyat müddəti bitməmiş bütün yerlər artıq dolmuşdur. Kişi iştirakçıların da sayca çoxluğu mövzuya geniş marağın və kibertəhlükəsizlikdə müxtəlifliyin əhəmiyyətinin hər kəs tərəfindən dərk olunduğunun bariz göstərici idi. Azərbaycanda qadınların İKT və STEM sahələrinə inteqrasiyası son illər ərzində artmaqda davam edir. Bu inkişaf inklüzivliyi və qadın liderliyini təşviq edən təşəbbüslərin nəticəsidir. Kibertəhlükələr getdikcə mürəkkəbləşdiyi üçün qadınların bu sahədə iştirakı və liderliyi həm ölkə, həm də region üçün strateji önəm kəsb edir. “Women in Cyber” konfransı qızlar, tələbələr və peşəkar qadınlar üçün bir platforma yaratmaqla onların texnologiya sahəsində təcrübə paylaşmasına, əlaqə qurmasına və karyera imkanlarını araşdırmasına şərait yaradır. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini və tədbirin əsas təşkilatçısı cənab Tural Məmmədov çıxışında qeyd etmişdir ki:“Hər bir təhlükəsiz sistemin arxasında müxtəlif və peşəkar bir komanda dayanır. Qadınlar bu sahəyə unikal baxış, dəqiqlik və empatiya gətirirlər. Bu konfrans göstərir ki, qadınlara kibertəhlükəsizlikdə liderlik üçün imkan yaratmaq, bütövlükdə region üçün daha təhlükəsiz və ağıllı gələcəyin əsasını qoymaq deməkdir. Azərbaycanın bu regional təşəbbüsə verdiyi töhfədən qürur duyuram.” Governance Academy (eGA)-nın kibertəhlükəsizlik üzrə baş eksperti Elsa Neeme isə dedi: “Kibertəhlükəsizlik sistemlərdən öncə insanar arasında bağ qururur. Müxtəliflik gücdür, yaradıcılıqdır. Regionları təmsil edən qadınlar burada bir araya gələndə yalnız bacarıqlar yox, həm də etibar və dayanıqlılıq yaranır. Bu tədbir sübut etdi ki, əməkdaşlıqla rəqəmsal dünyamızı daha təhlükəsiz edə bilərik.” Femmes Digitales təşkilatının təsisçisi Jana Krimpe isə çıxışında qeyd etdi: “Bu tədbir sadəcə tanışlıq və əlaqə qurmaq üçün deyil – bu bir hərəkatdır. Texnologiya sahəsinə qədəm qoyan xanımlar artıq liderdirlər. Onlar bununla rəqəmsal təhlükəsizlik, etimad və inklüzivliyin əsasını qoyurlar. Bu tədbir isə o enerjini real addımlara çevirmək üçün təşkil edilmişdir.” Konfrans kibertəhlükəsizliyin hər kəsin iştirakı ilə mümkün olduğunu bir daha sübut etdi. Qadınların və qızların bu sahədə liderliyinin vacibliyini vurğulayan tədbir, həm də Şərq Tərəfdaşlığı ölkələri arasında artan beynəlxalq əməkdaşlığı nümayiş etdirdi. Konfrans Femmes Digitales – “Texnologiyada Qadınların Dəstəyi” İctimai Birliyi tərəfindən e-Governance Academy (eGA) ilə birgə təşkil olunub və Critical Infrastructure Defence Challenge 2025 (CIDC-2025) çərçivəsində keçirilib. Tədbirə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (SCISSS) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilatı dəstək vermişdir. Konfrans Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və eGA tərəfindən icra olunan “Şərq Tərəfdaşlığı Ölkələrində Kiberdavamlılığın Gücləndirilməsi 2.0” təşəbbüsü çərçivəsində reallaşmışdır. Tədbirin Proqramı haqqında Regional konfransa moderatorluq edən xanım Nataliya Spinu – Moldova Avropa Siyasi Araşdırmalar İnstitutunun direktoru və e-Governance Academy-də kibertəhlükəsizlik üzrə ekspertdir. O, tədbirə Moldova təcrübəsibaxış bucağından yanaşmalarını əlavə etdi. Konfrans tanınmış qonaqların açılış nitqləri ilə başlamışdır. Onların sırasında: Cənab Tural Məmmədov – XRİTDX-nın Baş idarə rəisinin müavini Xanım Elsa Neeme – eGA-nın baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Xanım Jana Krimpe – Femmes Digitales və EST Solutions-un təsisçisi və idarə heyətinin sədri Daha sonra açılış nitqləri davam etmişdir və kibertəhlükəsizlik siyasətində və praktikasında qadınların strateji rolu müzakirə olunmuşdur. Nitq söyləyənlərin sırasında: Xanım Nataliya Tkaçuk – Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Konfransın əsas hissəsini təşkil edən iki tematik panel müzakirəsi olmuşdur: Panel I – “Böhran Dönəmində Kommunikasiya və Kiberdavamlılıq” Moderator: Klaid Mägi (eGA) Bu müzakirədə böhran dövrlərində ictimai etimadın və rəqəmsal dayanıqlığın necə qurulduğu regional təcrübələr üzərindən müzakirə edilmişdir. Spikerlər: Xanım Nino Vadakaria – Şərq Qonşuluq üzrə Kibertəhlükəsizlik Proqramı Meneceri (Gürcüstan) Xanım Elsa Neeme – Baş Kibertəhlükəsizlik Mütəxəssisi və Layihə Komanda Rəhbəri, eGA, Estoniya Toomas Vaks – Kibertəhlükəsizlik üzrə ekspert (Estoniya) Panel II – “Maneələri Aşmaq: Kibertəhlükəsizliyin Gələcəyini Formalaşdıran Qadınlar” Moderator: Cənab Rauf Cabbarov – AKTA-nın icraçı direktoru Bu sessiyada kibertəhlükəsizlik sahəsində qadınların hüquq və siyasətdən sahibkarlıq və etik hakerliyə qədər olan karyera yolları təqdim olunmuşdur. Spikerlər: Xanım Jana Krimpe – Femmes Digitales və EST Solutions-un təsisçisi (Azərbaycan) Xanım Nata Goderdzişvili – “Women in Cyber” təşəbbüsünün təsisçisi (Gürcüstan) Olqa Pasiçnik – EU4DigitalUA layihəsində reyestr üzrə baş ekspert, eGA (Estoniya) Xanım Zari Uslu Abdullayeva – Kibertəhlükəsizlik rəhbəri, İKT sektoru / WiCSME üzvü (BƏƏ) Tədbir “Təcrübədən Təsirə: Növbəti Addımlarınız” adlı gələcəyə baxış sessiyası ilə başa çatdı. Bu sessiyanın məqsədi iştirakçıların ideyalarını konkret fəaliyyətə çevirməyə və qadın kibertəhlükəsizlik peşəkarlarının sərhədləri aşan inklüziv və güclü bir icmasını davamlı şəkildə dəstəkləməyə ruhlandırmaqdır. Təşkilatçılar haqqında Femmes Digitales – “Texnologiyada Qadınların Dəstəyi” İctimai Birliyi Azərbaycanda qadınların İKT, STEM və sahibkarlıq sahələrinə cəlb olunmasını mentorluq, liderlik və təhsil vasitəsilə təşviq edən aparıcı ictimai birlikdir. AKTA – Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Azərbaycanda kibertəhlükəsizlik üzrə maraqlı tərəfləri birləşdirən milli platformadır. Dövlət və özəl sektor arasında əməkdaşlığı, potensialın artırılmasını və davamlılığı təşviq edir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX / SCISSS) Milli kommunikasiya infrastrukturunun və informasiya təhlükəsizliyinin qorunmasına cavabdeh dövlət qurumudur. Ölkədə kibertəhlükəsizliyin davamlılığının qurulmasında əsas rola malikdir. e-Governance Academy (eGA) Estoniyada yerləşən və rəqəmsal transformasiya, kibertəhlükəsizlik və açıq hökumət prinsiplərinin təşviqi ilə məşğul olan qeyri-kommersiya mərkəzidir. eGA həmçinin Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı Ölkələrində Kiberdavamlılığın Gücləndirilməsi 2.0” layihəsini icra ...

Bakıda İlk “Women in Cyber” Konfransı keçirildi: Qadınların Gücləndirilməsi və Kibertəhlükəsiz Gələcəyin Qurulması

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

iPhone 17 Pro Max müasir AAA oyunlarda sınaqdan keçirildi 21:28, 23 Сен iPhone 17 Pro Max müasir AAA oyunlarda sınaqdan keçirildi YouTube kanalı MrMacRight-ın müəllifi iPhone 17 Pro Max üzərində müasir konsol və kompüter AAA oyunlarını işə salaraq, smartfonun onları hansı keyfiyyət və icazədə işlədə bildiyini nümayiş etdirdi. Videoya əsasən, Apple-ın yeni modeli ötənilki versi...

Lamborghini Manifesto ilə gələcəyin superkarlarına öz baxışını təqdim etdi 09:28, 07 Окт Lamborghini Manifesto ilə gələcəyin superkarlarına öz baxışını təqdim etdi Lamborghini şirkəti özünün Centro Stile dizayn mərkəzinin 20 illiyi münasibətilə gələcəyin superkarlarına baxışını əks etdirən Manifesto adlı konsept avtomobilini təqdim edib. Dizaynerlər onu “təmiz skulptura” və eyni zamanda brendin yaxın illər üçü...

НДУ ВШЭ створыць сістэму ацэнкі традыцыйных каштоўнасцяў у студэнтаў 20:20, 20 Авг НДУ ВШЭ створыць сістэму ацэнкі традыцыйных каштоўнасцяў у студэнтаў Навукова-даследчы інстытут у канцы ліпеня выйграў тэндэр ў 10 млн рублёў на распрацоўку сістэмы ацэнкі прыняцця традыцыйных каштоўнасцяў студэнтамі. Ад распрацоўкі чакаюць, што яна дапаможа ўмацаваць духоўна-маральны падмурак грамадства і дапамагчы ...

Dreame Cyber X стал первым в мире робот-пылесосом для уборки на лестницах 18:28, 04 Сен Dreame Cyber X стал первым в мире робот-пылесосом для уборки на лестницах На выставке IFA 2025 в Берлине компания Dreame Technology представила свои новые решения для умного дома. Главным событием стал робот-пылесос Dreame Cyber X — первая в мире модель, способная подниматься по лестницам с помощью уникальной системы Quad...

Аляксандр Мілонаў загінуў падчас службы ў зоне спецаперацыі службы в зоне спецоперации 20:19, 20 Авг Аляксандр Мілонаў загінуў падчас службы ў зоне спецаперацыі службы в зоне спецоперации У сям'і дэпутата Дзярждумы Віталя Мілонава адбылася трагедыя — яго родны брат Аляксандр загінуў падчас службы ў зоне адмысловай ваеннай аперацыі. Ён адправіўся добраахвотнікам у Луганскую Народную Рэспубліку, адкуль жывым ужо не вярнуўся. Падрабязна...

Прямо игровой ПК: представлена колонка Edifier Huazai New Cyber с мощной начинкой 15:28, 09 Окт Прямо игровой ПК: представлена колонка Edifier Huazai New Cyber с мощной начинкой Компания Edifier представила новую настольную Bluetooth-колонку Huazai New Cyber, совмещающую мощный звук, интерактивный дисплей и функции зарядного хаба.Устройство выполнено в двухсекционной конструкции: нижний модуль отвечает за звук, а верхний — ...

Будущее уже здесь: представлен Dreame Cyber X  первый робот-пылесос, который умеет подниматься по лестнице 09:28, 09 Сен Будущее уже здесь: представлен Dreame Cyber X — первый робот-пылесос, который умеет подниматься по лестнице В рамках проходящей сейчас в Берлине выставке IFA 2025 компания Dreame представила Cyber X — первый в мире робот-пылесос, способный перемещаться по лестницам.За подъём по ступенькам отвечает система QuadTrack с четырьмя выдвижными гусеницами. Они це...