Tesla-nın avtopilotu İlon Maskın vədini yerinə yetirə bilmədi

İki Tesla həvəskarı və şirkətin səhmdarı İlon Maskın illər əvvəl verdiyi vədi — sürücü müdaxiləsi olmadan ABŞ-ın bir sahilindən digərinə qədər avtopilotla səyahəti — təkrarlamağa qərar verdi. Lakin iddialı cəhd ilk 100 kilometrdə qəza ilə nəticələndi. Mask ilk dəfə bu planı 2016-cı ildə açıqlamış və 2017-ci ilin sonuna qədər Tesla avtopilotunun Los-Ancelesdən Nyu-Yorka qədər özü gedə biləcəyini bildirmişdi. Ancaq 8 il keçməsinə baxmayaraq, şirkət bu vədi yerinə yetirə bilməyib. Bəhs olunan cəhd zamanı bloqerlər Tesla Model Y avtomobilinə FSD v13.9 proqram təminatının ən son versiyasını quraşdıraraq yola çıxdılar. Lakin cəmi 96,5 km sonra elektromobil yolda olan tullantıya çırpıldı. Sərnişin maneəni əvvəlcədən görsə də, sürücü sükanı tutmadığı üçün vaxtında reaksiya verə bilmədi. Nəticədə avtomobil ciddi zədələr aldı — stabilizator dayağı və asqı elementləri qırıldı, və sınaq planlaşdırılan marşrutun cəmi 2,5%-ində dayandırıldı. Bu təcrübə göstərdi ki, real yol şəraiti hələ də çoxsaylı gözlənilməzliklərlə doludur və Tesla-nın avtopilotu onlarla müstəqil şəkildə mübarizə aparmaq səviyyəsinə çatmayıb. The post Tesla-nın avtopilotu İlon Maskın vədini yerinə yetirə bilmədi appeared first on InfoCity....

Tesla-nın avtopilotu İlon Maskın vədini yerinə yetirə bilmədi

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

İlon Mask Apple və OpenAI-yə qarşı məhkəmə iddiası qaldırdı 11:28, 27 Авг İlon Mask Apple və OpenAI-yə qarşı məhkəmə iddiası qaldırdı Milyarder İlon Mask Apple və OpenAI-ni ədalətsiz rəqabətdə və onun süni intellekt startapı xAI-a (Grok çat-botunun yaradıcıları) qəsdən ziyan vurmaqda ittiham edib. Bu barədə Bloomberg jurnalisti Meydelin Mekelburq məlumat yayıb. İki həftə əvvəl Mas...