İqtisadiyyat Nazirliyinin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji imkanlarının təhlilinə start verilib. Proqrama əsasən istehsal yönümlü sənaye sahələrində fəaliyyət göstərən və ixrac potensiallı müəssisələr müraciət edib. Qiymətləndirilmə prosesi zamanı müəssisələrin istehsal əməliyyatları, satınalma və təchizat zənciri, logistika, eləcə də digər əsas biznes funksiyaları sənaye 4.0 yetkinlik səviyyəsinə dair əhatəli analiz edilir. Bu mərhələdə əsas maraqlı tərəflərlə müsahibələr aparılır, müəssisələrin mövcud İT arxitekturası və tətbiq olunan texnologiyalar təhlil olunur, rəqəmsal transformasiyaya maneə yarada biləcək boşluqlar və risklər müəyyənləşdirilir. Nəticədə hər bir şirkətin özünəməxsus ehtiyaclarına uyğun konkret tətbiq sahələri müəyyən edilir və onlar əhəmiyyət dərəcəsinə görə sıralanır. Bu yanaşma müəssisələrə investisiya qərarlarını məlumatlara əsaslanaraq vermək, dəyər yönümlü və strateji transformasiya yol xəritəsi formalaşdırmaq imkanı yaradır. Müstəqil ekspert komandası tərəfindən həyata keçirilən bu diaqnostika 5-8 həftə davam edir və proqramın sonunda şirkətlər texnoloji transformasiya üçün təsdiqlənmiş yol xəritəsi əldə edəcəklər. Rəqəmsal texnologiyaların sürətli inkişafı və Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda həyata keçirilən proqram məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasına dəstək göstərmək, onların əməliyyat səmərəliliyini artırmaq, innovasiyaları təşviq etməklə rəqabət qabiliyyətini gücləndirmək və nəticə etibarilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir. Proqram çərçivəsində: Müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir; Şirkətlərin spesifik ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır; Yol xəritələrinin icrası zamanı müəssisələrə həm maliyyə, həm də peşəkar ekspert dəstəyi göstərilir. Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, istehsal keyfiyyətinin yüksəldilməsi kimi mühüm üstünlüklər qazandırır. Bu, şirkətlərin daha çevik, rəqabətqabiliyyətli və davamlı fəaliyyət göstərməsinə şərait yaradır. 2024-cü ildə proqramın pilot mərhələsi uğurla başa çatdırılıb və bu müddətdə “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin texnoloji transformasiya prosesinə dəstək göstərilib. Hazırda isə istehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrin proqramda iştirakı üçün yeni mərhələyə start verilib. Proqrama qoşulmaq istəyən müəssisələr “industry4.az” platforması üzərindən qeydiyyatdan keçə bilərlər. Proqramda iştirak tamamilə ödənişsizdir. The post “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji imkanlarının qiymətləndirilməsinə başlanılıb appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Китай остаётся экспортёром дефляции...
- АВТОВАЗ обновляет технологии производства коммерческих и мелкосерийных автомобилей...
- Театр МОСТ представил концерт под открытым небом с участием молодых талантов...
- Учителя и власти из Московской области — за внедрение ИИ в школы. Почему?...
- Биография Эрих Мария Ремарк...
- Юристы рассказали, что делать со спамом в телефоне и в почте...
16:28, 07 Окт Samsung Galaxy Watch-da ürək çatışmazlığını erkən aşkar edən texnologiya təqdim etdi Samsung Galaxy Watch seriyasına yeni funksiya əlavə etməyi planlaşdırır ki, bu funksiya sol mədəciyin sistolik disfunksiyası (SMD) əlamətlərini aşkar edə biləcək. Yeni texnologiya Cənubi Koreyalı Medical AI şirkəti ilə birgə hazırlanmış süni intelle...