LG Heritage Fan: əfsanəvi 1960-cı illərin ventilyatoru yenidən istehsalda

LG şirkəti 1960-cı illərdə Koreyada istehsal olunmuş ilk məişət elektrik cihazı sayılan kult ventilyator D-301-in müasir versiyasını təqdim edib. Yeni model Heritage Fan adlanır və şirkətin ölkənin məişət texnikasının inkişafına verdiyi töhfəni qeyd etmək üçün hazırlanıb. Tarix 1947-ci ildən başlayır: o zaman LuckyChemical Co Koreyada ilk plastik istehsalçısı olub. 1958-ci ildə isə Goldstar Co yaradılaraq elektronika istehsalına start verib. Məhz Goldstar brendi Koreya elektronikasını dünya bazarına çıxarıb və bu günkü LG Electronics-in əsasını qoyub. Heritage Fan-ın yaradılması üçün LG komandası orijinal D-301 sahiblərini axtarıb tapıb. Onların çoxu fəxrlə bildirib ki, ventilyatorları hələ də işlək vəziyyətdədir. Bu tarixi nüsxələr yeni modelin dizaynı üçün əsas götürülüb. Yeni Heritage Fan klassik üslubu qoruyub saxlayır: əyri çərçivə, analoq idarəetmə düyməsi və Goldstar tac loqosu olduğu kimi qalır. Amma texniki tərəfdən cihaz tamamilə yenilənib: yüksək effektivlikli BLDC mühərriki və daxili şarj olunan batareya ilə təchiz olunub. Batareya şəbəkəyə qoşulmadan 10 saata qədər avtonom işləməyi təmin edir. The post LG Heritage Fan: əfsanəvi 1960-cı illərin ventilyatoru yenidən istehsalda appeared first on InfoCity....

LG Heritage Fan: əfsanəvi 1960-cı illərin ventilyatoru yenidən istehsalda

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Nissan əfsanəvi GT-R modelinin geri dönüşünü təsdiqlədi 21:28, 01 Сен Nissan əfsanəvi GT-R modelinin geri dönüşünü təsdiqlədi Nissan rəsmi şəkildə əfsanəvi GT-R idman avtomobilinin istehsalına yenidən başlayacağını elan edib. Sonuncu R35 modelinin Yaponiyada, şirkətin Tochigi zavodunda istehsal xəttindən çıxmasından sonra, Nissan-ın baş direktoru GT-R-in geri dönəcəyini aç...

Google YouTube-u yenidən messencer platformasına çevirmək istəyir 02:28, 20 Ноя Google YouTube-u yenidən messencer platformasına çevirmək istəyir Google hələ də öz messencerini yaratmaqdan imtina etmir kimi görünür. Şirkət YouTube mobil tətbiqində yeni eksperimentə başlayıb və istifadəçilər arasında video göndərmək və mesajlaşmaq funksiyasını sınaqdan keçirir. Maraqlıdır ki, Google bu ideyanı...

НДУ ВШЭ створыць сістэму ацэнкі традыцыйных каштоўнасцяў у студэнтаў 20:20, 20 Авг НДУ ВШЭ створыць сістэму ацэнкі традыцыйных каштоўнасцяў у студэнтаў Навукова-даследчы інстытут у канцы ліпеня выйграў тэндэр ў 10 млн рублёў на распрацоўку сістэмы ацэнкі прыняцця традыцыйных каштоўнасцяў студэнтамі. Ад распрацоўкі чакаюць, што яна дапаможа ўмацаваць духоўна-маральны падмурак грамадства і дапамагчы ...